2020-10-14 10:18

Ukraynadakı azərbaycanlılar erməni təxribatlarını çatdırmaq sahəsində fəaldırlar

Bu ölkədə yaşayan soydaşlarımız və fəaliyyət göstərən diaspor təşkilatları davamlı olaraq Ermənistanın hərbi təxribatları haqqında yerli cəmiyyəti məlumatlandırırlar. Bu ölkədə yaşayan soydaşlarımız həqiqətlərin yerli ictimaiyyətə və beynəlxalq aləmə daha dolğun çatdırılması üçün müxtəlif tədbirlər həyata keçirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən aypara.az-a  verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Radası sosial şəbəkələr üzərindən Ermənistanın törətdiyi 27 sentyabr təxribatı barədə məlumat yayıb. Məlumatda işğalçı Ermənistan ordusunun regionda sülhə və sabitliyə təhlükə olduğu bildirilib, Ermənistanın beynəlxalq hüquqa riayət etmədiyi, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri icra etmədiyi diqqətə çatdırılıb.

UABD sədri Hikmət Cavadov Ukraynanın "КП в Украине" portalına və ASPI informasiya agentliyinə müsahibə verib.

Müsahibədə diaspor rəhbəri, 27 sentyabrda Ermənistan ordusunun Azərbaycanın cəbhəboyu bütün ərazilərindəki yaşayış məntəqələrini atəşə tutması, Azərbaycan ordusunun bu təxribata cavab vermək məcburiyyətində qalması və əldə etdiyimiz qələbələrlə bağlı danışıb. O həmçinin, dinc Azərbaycan əhalisinə qarşı Ermənistan dövlətinin törətdiyi hərbi cinayətlərdən söz açıb, nəticədə mülki əhali arasında ölən və yaralananların olduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda Azərbaycan ordusunun hərbi əməliyyatları öz torpaqlarımızda aparılır və buna görə heç kimin Bu məsələyə müdaxilə etməyə haqqı yoxdur. O həmçinin Ukrayna rəhbərliyinə göstərdiyi mənəvi dəstəyə görə təşəkkür edib və bildirib ki, Azərbaycan daim Ukraynanın ərazi bütövlüyünü, Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib.

O cümlədən, UABD sədri Hikmət Cavadovun Azərbaycanın vesti.az portalında "Ukrayna azərbaycanlıları: "Azərbaycan ordusunun gücünə əminik" başlıqlı müsahibəsi də dərc olunub.

Müsahibənin tam mətni bu linkdə:

https://vesti.az/politika/azerbajdzhancy-ukrainy-my-uvereny-v-moshhi-azerbajdzhanskoj-armii-416909

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı