2020-10-10 18:51

Gedək çıxaq, Qarabağa

Sentyabrın 27-də Ermənistan tərəfindən cəbhə xəttində törədilən təxribata Azərbaycan Silahlı Qüvvələri əks-hücumla cavab verib. Artıq onbirinci gündür cəbhə xəttində gərginlik davam edir. Ermənilərin təxribatları xalqımızın və əsgərlərimizin mübarizə əzmini qıra bilmir. Azərbaycan Ordusu qarış-qarış torpaqlarımızı azad etməkdə davam edir. Torpaqlarımızın bir hissəsinin işğaldan azad olması xəbərləri ölkədə qələbə ab-havası yaradıb. Arxa cəbhədə, bədii yaradıcılıqla məşğul olan yazarlar, şairlər, bəstəkarlar vətənpərvərlik mövzusunda əsərlər, nəğmələr, şeirlər yazaraq,Vətənə şərəflə xidmət edən Azərbaycan əsgərinə,xalqımıza dəstək olurlar. Gəncə şəhər 30 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim İlham Həsənov da qələmə sarılaraq, duyğularını kağıza köçürərək, "Gedək çıxaq, Qarabağa” adlı şeirini ərsəyə gətirib.

Gedək çıxaq, Qarabağa

Ulu xalqım ulu millət
Səndə vardır hünər qeyrət.
Arxanda da durur dövlət
Hücum çəkək sola-sağa
Gedək çıxaq, Qarabağa.

Qarabağdır ürəyimiz
Qarabağ duz çörəyimiz
Xoş müjdəli diləyimiz.
Biz bağlıyıq bu torpağa.
Gedək çıxaq Qarabağa.

Yandırağın odumuzu
Ruhlandıraq Ordumuzu
Azad edək yurdumuzu
Vətən düşsün səs-sorağa
Gedək çıxaq, Qarabağa.

Ermənini susdurağın
Yediyini qusturağın
Bir dəfəlik basdırağın
Hara gəldi düzə -dağa
Gedək çıxaq, Qarabağa

Qanlı döyüş müharibə
Düşmənlərə vurur zərbə
Yaxınlaşır tam qələbə
Artıq baxın tək qabağa
Gedək çıxaq, Qarabağa.

Qürurludur əsgərimiz.
Al günəşli səhərimiz.
Olmayacaq dərd sərimiz
Girməliyikk cənnət-bağa
Gedək çıxaq, Qarabağa.

Şuşa bizim qibləmizdir
Obamızdır elimizdir.
Ağzımızda dilimizdir.
Qurban olum o ocağa
Gedək çıxaq, Qarabağa.

Paşinyanın qanı batıb
Az qalıbdır sonu çatlb
Bu günədək o baş qatıb
Qulağında etsin sırğa
Gedək çıxaq, Qarabağa.

Fərəhlənir İlhamımız
Sevinirik biz hamımız
Hər ulduzlu axşamımız
Dönəcəkdir, çil-çırağa
Gedək çıxaq, Qarabağa.
Gedək çıxaq, Qarabağa.

İlham Musaoğlu,
Əməkdar müəllim,

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı